Türkiyǝnin Yǝmǝnǝ siyasi dǝstǝyi davam edir

Yəmənli Dövlət Naziri Yasir Abdallah ər-Ruayni, Türkiyənin Yəmənin təhlükəsizlik və sabitliyinə güçlü dǝstǝk verdiyini bildirib.

602795
Türkiyǝnin Yǝmǝnǝ siyasi dǝstǝyi  davam edir

Yəmənin rəsmi xəbər agentliyi Sabanın xəbərinə görə, Milli Dialoqun həyata keçirilməsi işlǝrindǝn məsul Dövlət Naziri Ruayni, Türkiyənin Sana səfiri Levent Eler ilə bir araya gǝlib.

Ruayni görüş zamanı Türkiyənin ölkəsinə davam edǝn siyasi keçid dövründǝ verdiyi dəstəyə görǝ minnǝtdarlığını bildirib. Türkiyənin, Yəmənin təhlükəsizliyi, sabitliyi, inkişafı vǝ davam edən keçid dövrünə,  mǝhz siyasi prosesǝ dəstəyini  yüksǝk  qiymmǝtlǝndirdiklǝrini qeyd edib.

 Türkiyənin Sana səfiri Elər də, Türkiyǝnin, prezident Abdurabbu Mənsur Hadinin təmsil etdiyi legitim hökumətǝ dǝstǝyinin davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr