Yəməndə yas mərasiminə endirilən zərbələr nəticəsində 140 nəfər ölüb

Yəmənin paytaxtında yas mərasiminə  aviazərbələr endirilib.

585810
Yəməndə yas mərasiminə endirilən zərbələr nəticəsində 140 nəfər ölüb

Birləşmiş Millətlər Təşkilatı  hava hücumu nəticəsində 140-dan çox adamın həlak olduğunu, 500-dən çox adamın da yaralandığını bildirdi.

BMT-nin humanitar əməliyyatlar koordinatoru Stefan O'Brian  verdiyi yazılı açıqlamada, Yəməndə hava hücumu nəticəsində vətəndaşların ölməsi səbəbindən dəhşətə düşdüyünü bildirdi.

Üsyançı husilər zərbənin endirilməsində ərəb koalisiyasını ittiham edib, lakin koalisiya hadisə ilə əlaqəsi olmadığını açıqladı.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının  sözcüsü Ned Price da  hava hücumunu pisləyərək  bütün tərəfləri münaqişələrin dayandırılması müqaviləsinə əməl etməyə çağırıb.



Әlaqәli Xәbәrlәr