Taiz  şǝhǝrindǝ  qarşıdurmalar davam edir

Yəmənin Taiz şəhərində rəhbərlik tərəfdarı qüvvǝlǝr ilǝ Husilər və onlara dəstək verən sabiq prezident Saleh tǝrǝfdaşları arasında baş verǝn qarşıdurmalarda 13 nǝfǝr ölüb.

563037
Taiz  şǝhǝrindǝ  qarşıdurmalar davam edir

Hökumət tərəfdarı Xalq Müqavimət Qüvvǝlǝrin mətbuat xidmǝtindǝn verilǝn açıqlamada baş verǝn son qarşıdurmalarda 26 nǝfǝrin dǝ yaralandığı bildirilib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü ölkədə qarşıdurmalar, müxtəlif şəhərlərdə davam edir.

Qeyd edǝk ki, Birləşmiş Millətlərin tǝrǝflǝr  arasında  etdiyi  vasitǝçilik nǝticǝsindǝ Kuveytdǝ edilǝn sülh müzakirǝlǝri 6 Avqustda təxirə salındıqdan sonra qarşıdurmalar şiddətlənǝrǝk davam edir.

Digər tərəfdən Yəmən rəsmi agentliyi SABA-nın xǝbǝrinǝ görǝ Səudiyyə Ərəbistanı Yəmən xalqına 140 milyon dollar yardım edib.

Dünya Sağlamlıq Təşkilatının mǝlumatına görǝ 21 milyon yəmənli humanitar yardıma möhtacdır. 14 milyon nǝfǝrǝ isǝ təcili tibbi dəstək çatdırılmalıdır.



Әlaqәli Xәbәrlәr