Qaçqınların yaşadığı Jardin d’Eole parkı təxliyə edilib

Fransanın paytaxtı Parisdә  yerləşən vә  qaçqınların yaşadığı Jardin d’Eole parkı təxliyə edilib.

505179
Qaçqınların yaşadığı Jardin d’Eole parkı təxliyə edilib

Polis parkda yaşayan tәxminәn 500 miqrantı  İle de France  bölgәsindәki  müvәqqәti qaçqın düşәrgәlәrinә aparıb.

Təxliyə edilən  miqrantlar Sudan, Eritreya, Somali və Əfqanıstan vətəndaşıdır.

Jardin d’Eole parkı ötən ildən etibarәn bir çox dəfə boşaldılmış ancaq qaçqınlar bir neçə ay içində yenidən buraya gəlmişdi.

Qaçqınlar әvvәl Calais şәhәrinә getmәk daha sonra isә İngiltәrәdәki  qohumlarının  yanına keçmәk istәyirlәr.

Ancaq  bunun üçün onları tәhlükәli sәfәr gözlәyir.

Calais  şəhərinə çatan qaçqınlar  şәr qarışanda  kilometrlərlə piyada gedәrәk  polisin olmadığı bir nöqtәdә  maqistral yollara  çıxmağa çalışırlar.

Magistral yollara çıxan qaçqınlar İngiltәrәyә  gedən yük maşını və  TIR-lara minmәyә çalışırlar. Ancaq  yollara çıxan qaçqınlardan bəziləri avtomobillәrin vә   yük maşınlarının altında qalaraq hәyatını itirir.

Fransa rəhbərliyi  ölkədə qaçqınlar üçün daimi bir mərkəz inşa etmədiyi üçün  tənqid edilir.

Xüsusilə  Parisdә  son 1 ildə qaçqınların düşərgə qurduğu 20-den çox yer təxliyə edilib.

İnsan haqları  vә qaçqınlar üzrә dәrnәklәr  Fransanın bu problemə  həll yolu  tapması lazım olduğunu söyləyir.



Әlaqәli Xәbәrlәr