Fransanı sel aparır

Paytaxt Parisdə Sein çayında su səviyyəsinin 1982-ci ildən bu yana ən yüksək səviyyəyə çatması yollarda qəza vəziyyəti yaradıb

503576
Fransanı sel aparır

  Fransanın böyük bir hissəsində həftə başından şiddətli yağışlar yağır. 2 nəfər ölən var.

  Paytaxt Parisdə Sein çayında su səviyyəsinin 1982-ci ildən bu yana ən yüksək səviyyəyə çatması yollarda qəza vəziyyəti yaradıb.

  Bölgənin şəhər ətrafı qatar xəttilə çay kənarındakı Seint-Miçel metro stansiyası daşqın təhlükəsinə görə bağlanılıb.

  Çay kənarındakı Luvr və Orsay muzeyləri ziyarətçi qəbul etmir. Eyni zamanda, anbarlarındakı tarixi sənət əsərləri qorunaraq götürülüb.

  Qeyd edək ki, Fransada 1910-ci ildə Sein çayı daşmış və su səviyyəsi bəzi yerlərdə 8 metrə qədər qalxmışdı. Bu, ölkə tarixinin ən böyük daşqını sayılır. Fəlakət zamanı Parisdə 20 min ev su altında qalmış, şəhərin ətrafında isə 30 min ev seldən zərər çəkmişdi. O dövrün millət vəkilləri Sein çayı sahilində olan paralment binasına qayıqla getmək məcburiyyətində qalmış, şəhərdə həyat ancaq 45 gün sonra normal vəziyyətinə dönə bilmişdi.



Әlaqәli Xәbәrlәr