Üzərində "Sübhanallah" elanları olan London avtobusları

İngiltərənin paytaxtı Londonun simvollarından biri olan iki mərtəbəli və qırmızı rəngli avtobusların üzərinə "Sübhanallah" yazılı elanlar yerləşdirildi.

499005
Üzərində "Sübhanallah" elanları olan London avtobusları

 Beynəlxalq humanitar yardım təşkilatı "İslamic Relief" tərəfindən aparılan və ramazan ayı boyunca davam edəcək bu kampaniya ilə Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım toplanması nəzərdə tutulur.
 
 Paytaxt Londonun təxminən 10 səmtində xidmət verən 180 avtobusun üzərində ramazan ayı boyunca "Sübhanallah" yazıları olacaq.
 
"İslamic Relief"  ramazan ayının başlaması ilə Birləşmiş Krallığın  Birmingham, Manchester  və Bradford şəhərlərindəki avtobuslarda da  eyni plakatların yapışdırılacağını bildirdi.
 
 Birləşmiş Krallıqda təxminən 3 milyon müsəlman var və onların yarısı paytaxt Londonda yaşayır.



Әlaqәli Xәbәrlәr