Avstraliyada məscid yandırıldı

Viktoriya əyalətindəki Qilonq (Geelong) şəhərinin tək məscidi atəşə verilib

493995
Avstraliyada məscid yandırıldı

  Viktoriya əyalətindəki Qilonq (Geelong) şəhərinin tək məscidi atəşə verilib. Yanan məscid böyük ziyana uğrayıb.

  "Məscidin qəsdli olaraq hədəfə alındığını düşünmürük", - deyə yerli polis idarəsi cinayətkarları axtardıqlarını bildirib.

  Hadisənin şəhərdə son aylar yaşanan kilsə yanğınlarıyla əlaqəsi olub-olmadığı da araşdırılır.

  Şəhərdə yeganə məscidin yandırılması bölgənin müsəlmanlarına təsir edib. Anqlikan kilsəsi onlara Cümə namazı üçün kilsə salonundan istifadə edə biləcəklərini çatdırıb.



Әlaqәli Xәbәrlәr