Zika virusu əvvəlkindən daha təhlükəli ola bilər

Braziliyalı alimlərǝ  görǝ ağcaqanadlarla yoluxdurulan Zika virusu əvvəlkindən daha təhlükəli ola bilər.

482561
Zika virusu əvvəlkindən daha təhlükəli ola bilər

İngilis veriliş  orqanı   BBC-nin  xǝbǝrinǝ  görǝ   Zika virusu hər 5 hamilə qadından birində, müxtəlif kəskin sinir pozğunluğu ilə də müşahidə oluna bilər.

Bir çox həkimlər və tibbi tədqiqatçılar razılaşırlar ki, Zika virusu ilə mikrosefaliya arasında əlaqə var. Belə ki, Zika virusu ilə doğulan uşaqlarda beyin inkişaf pozuntuları səbəbindən anormal kiçik baş olur.

Hamiləlik dövründə Zika virusuna yoluxan qadınlardan 1 faizinin uşağının mikrosefaliya ilə doğulması ehtimal edilir.

Hamilə qadınların bu virusa yoluxması onların 20 faizinin körpəsinin hələ bətndə olarkən bir sıra beyin zədələnmələrinə məruz qalması ilə nəticələnəcək.

Xəstəliyə yoluxmadan qorunma ilə bağlı məlumatların yayılması sayəsində Braziliyanın bəzi yerlərində Zika virusuna yoluxma tempi bir qədər zəifləyib.

Lakin vaksinin axtarılması hələ də erkən mərhələdədir. Zika virusu isə region üzrə yayılmaqda davam edir.

 


Etiketlәr: #Braziliya , #Zika virusu

Әlaqәli Xәbәrlәr