Ekvadorda 8 günlük matǝm elan edilib

Ekvadorda keçən həftə şənbə günündən bu yana meydana gələn 2 güclü zəlzələ nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin sayı artıb.

477032
Ekvadorda 8 günlük matǝm elan edilib

Cənubi Amerika ölkələrindən Ekvadorda keçən həftə şənbə günündən bu yana meydana gələn 2 güclü zəlzələ nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin sayı 654 nǝfǝrǝ çatıb.

16 min 601  nǝfǝrin xǝsarǝt aldığı  zǝlzǝlǝdǝn sonra başladılan   axtarma vǝ xilas etmǝ  fǝaliyyǝtlǝri  davam edir. Ölkədə, 58 nəfərin dǝ itkin düşdüyü  hesab edilir.

Dövlət Başçısı Rafael Correa, zəlzələnin milli bir faciə olduğunu ifadə edərək, fǝlakǝt nǝticǝsindǝ həyatını itirənlǝrin xatirǝsinǝ vǝ  onların  kǝdǝrli ailǝlǝri üçün 8 günlük matǝm elan edildiyini açıqlayıb. Ölkədə son illərin ən böyük fəlakətinin yaşandığına diqqət çəkən Correa,  xalqa hǝmrǝy olmaları haqda çağırış verib.


Etiketlәr: #Ekvador , #zəlzələ

Әlaqәli Xәbәrlәr