Korrupsiya siyahısında Putinin də adı hallanır

İqtisadi böhranla üzləşən Rusiya xalqına görə ölkənin ən böyük problemlərindən biri olan korrupsiyada ölkə prezidenti Vladimir Putinin də adı var

466686
Korrupsiya siyahısında Putinin də adı hallanır

Araşdırma şirkəti “Levada Center"in məlumatına görə, Rusiya xalqının 66 faizi ölkədəki korrupsiyanın ən böyük məsullarından biri kimi prezident Putini, 51 faizi isə bütün dövlət orqanlarını görür. 44 faiz Putinin rüşvətxorluqla mübarizə apardığını, ancaq müvəffəqiyyətsiz olduğunu, çünki Rusiyada korrupsiyanın “kökü kəsilməz bir gerçək" olduğunu bildiriblər. Anketə qatılanların 19 faizi Vladimir Putinin şəxsən korrupsiya içində olduğunu, 41 faizi isə bütün siyasətçilərin bu işə bulaşdığını deyib.

Xatırladaq ki, Rusiyada korrupsiya mövzusu son zamanlar dünyanın 4-cü ən böyük vergidən yayınan (off-shore) hüquq konsaltinq şirkəti kimi tanınan Panama mərkəzli “Mossack Fonseca"dan sızdırılan beynəlxalq vergi qaçaqçılığına bağlı "Panama sənədləri" ilə gündəmə gəlmişdi. Sənədlərdə Rusiya liderinin yaxın dostu, musiqiçi Sergey Rolduqin və bankçı Yuri Kovalçukun da adları yer alır. Təxminən 2 milyard dollarlıq “off-shore" pul axını Putinin yaxın ətrafına qədər uzanır.



Әlaqәli Xәbәrlәr