Çində Fənər Bayramı qeyd olunur

Çində yeni ilin sonu və ay təqviminə görə bütöv ayın ilk görüldüyü gecə Yüenşiao (Fənər Bayramı) qeyd olunur.

437394
Çində Fənər Bayramı qeyd olunur

Ölkənin ən böyük ənənəvi bayramlarından olan Fənər Festivalı tədbirlərinə Şanxayın Yüyüen Bağçaları ev sahibliyi edir.

Festivala 40 mindən çox insan axın etdi.

Ənənəvi fiqurların sərgiləndiyi meydanlar gələnlərin zövqünü oxşadı. Buz heykəllər arasında gəzən insanlar ənənəvi Çin aslan rəqsini ifa etdilər.

Uzaq şərq ölkəsi Tayvanda da bayramla əlaqədar tədbirlər vardı.

14 metr hündürlüyündəki meymun fiquru işıq və səs effekti ilə birləşdirilərək vizual şou hazırlandı. Tayvanda hər yer meymun fiqurları ilə bəzəndi.

Festival fevralın 29-a qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr