David Kameron: "DEAŞ İslamı təmsil etmir"

İngiltərənin Baş Naziri David Kameron terror təşkilatı DEAŞ-ın İslamı təmsil etmədiyini və təşkilatın mərkəzindən vurulmalı olduğunu söylədi.

393708
David Kameron: "DEAŞ İslamı təmsil etmir"

Ötən həftə Tunisin Susa şəhərindəki otelə təşkil olunan hücumda həyatını itirən İngilis vətəndaşlarının sayının 30-a çatmasından sonra BBC Radio 4-də danışan İngiltərə Baş Naziri David Kameron DEAŞ-ın Qərbin mövcudluğu üçün təhdid təşkil etdiyini və DEAŞ-ı aradan qaldırmağın zaman alacağını qeyd etdi.
İngilis yayım qurumu BBC-nin DEAŞ-ı "İslam dövləti" olaraq adlandırmasını da tənqid edən Kameron: "Bu İslam dövləti deyil, qorxunc və vəhşi bir rejimdir"dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr