Liviyada helikopter vuruldu: 14 ölü

Liviyanın Zaviye şəhərində orduya məxsus bir helikopter vuruldu,14 nəfər həlak oldu.

359453
Liviyada helikopter vuruldu: 14 ölü

Liviya Ordusunun Baş Qərargahı paytaxt Tripolidə içində mühüm hərbi rəsmilərin də olduğu bir vertolyotun Əl- Maya bölgəsində Tobruk mərkəzli Nümayəndələr Məclisi tərəfdarı olan Tayfalar Ordusu tərəfindən vurulduğunu bildirdi.
Atəş nəticəsində vertolyotun yanacaq çəninin partladığı və düşdüyü qeyd edilib.
Qərb bölgələrindəki banklara göndərilən pulu daşıyan helikopterdəki ekipaj, hərbi rəsmilər, və qoruyuculardan heç biri xilas olmadı.
Həlak olanların arasında Qərb Regionu Əməliyyatları Komandiri Polkovnik Hüseyn Budeyye, Qərb Bölgəsi Komandiri Polkovnik Məhəmməd Sakr və Şəhidlər Briqadasının Komandiri Suheyb er-Ramah vardır.
Hadisədən sonra bölgədə təhlükəsizlik güclərinin sayları artırıldı, şəhərin şərq və qərb girişləri bağlandı.
Tripoli mərkəzli Ümummilli Konqresə (MGK) tabe olan Fecr-i Libya (Liviya Şəfəqi) qüvvələri komandirlərindən Sami el-Kammudi helikopterin düşdüyü ərazidə Tayfalar Ordusu döyüşçüləri ilə Fecr-i Libya arasında münaqişələrin çıxdığını söylədi.
Kammudi münaqişələrin Əl-Mayanın Tayfalar Ordusundan alınana qədər bitməyəcəyini bildirdi.
Liviyada 17 Fevral 2011-ci il inqilabından sonra siyasi qeyri-sabitlik və rəqib qruplar arasında münaqişələr baş vermiş, ötən il istefada olan General Xəlifə Hafterin başladığı dövlət çevrilişi cəhdinin Tripolidəki mərkəzi hakimiyyət tərəfindən qarşısı alınmışdı.
Ölkədə biri Tobrukda (Nümayəndələr Məclisi), digəri Tripolidə (Ümummilli Konqres) olmaqla iki məclis və rəqib hökümət var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr