Marina Le Pen mühakimə olunub

Fransada radikal sağçı Xalq Çəbhəsi Partiyasının lideri Marina Le Pen müsəlmanları təhqir etdiyinə görǝ mühakimə olunub.

395058
 Marina Le Pen mühakimə olunub

Fransada radikal sağçı Xalq Çəbhəsi Partiyasının lideri Marina Le Pen müsəlmanları təhqir etdiyinə görǝ mühakimə olunub.
Lyon məhkəməsində fransalı prokuror Bernard Reynaud Le Penin iddiasına qarşı açıqlamaların ifadə azadlığı baxımından dəyərləndirilməsinin vacibliyini bildirərək müttəhimin bəraət almasını tələb edib.
Məhkəmə müsəlmanlar əleyhinə ifadələr etməkdə günahlandırılan Le Penlə bağlı dekabrın 15-də qərar verəcək.
Məhkəmə prosesinə Fransa İslam Şurası da şahid kimi qatılıb.
Prosesdən əvvəl Le Pen məhkəmə binası qarşısına toplaşan çoxsaylı insanlara gülümsəyərək heç bir günahı olmadığını bildirib.
Le Pen regional seçkilərə az müddət qalmış 5 illik bir mövzunun indi yenidən gündəmə gətirilməsinin başadüşülən olduğunu ifadə edərək bu məsələdə iqtidardakı Sosialist Partiyasını günahlandırıb.
Marina Le Pen 2010-ci ildə Lyonda Fransada ibadət yerləri kiçik olduğu üçün cuma namazlarını bayırda qılan müsəlmanlara qarşı belə bir ifadə işlədib: “Müsəlmanların bayırda namaz qılması Fransanın 2-ci Dünya müharibəsi zamanı Nazilər tərəfından işğalına bənzəyir”.
Bu açıqlamadan sonra Fransadakı dinc əhalidən ibarət toplum dərnəkləri Le Pen əleyhinə iddia irəli sürüblər və bununla bağlı 2012-ci ildə istintaq başlanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr