Danimarkada etiraz aksiyası keçirilib

Danimarkanın paytaxtı Kopenhagendə etiraz aksiyası keçirilib.

388839
Danimarkada  etiraz aksiyası keçirilib

Kopenhagendə toplanan 25 min aksiyaçı  miqrantlara lazımlı şəraitin yaradılmasını tələb edib.
Məclisin yeni qanunvericilik ilinin başlaması səbəbiylə hökumətin diqqətini çəkmək istəyən aksiyaçılar " Qaçqınlar xoş gəlmisiniz" şüarları səsləndiriblər. ‘‘Danimarka hamımıza yetər", "İrqçilik olmayan ölkə" yazılı plakatlar daşıyan nümayişçilər, ölkənin daha çox qaçqın qəbul edə biləcəyini qeyd edib.
Qeyd edək ki, aksiya səbəbiylə şəhər mərkəzindəki bəzi yollar nəqliyata bağlanılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr