Başqa həbsxanalara göndərilməyi tələb edən məhkumlar

Braziliyanın cənubu Parana ştatında olan Londrina həbsxanasında üsyan qalxıb.

389265
Başqa həbsxanalara göndərilməyi tələb edən məhkumlar

  Həbsxananın idarəsini ələ keçirən məhkumlar 11 adamı girov götürüb və dama çıxaraq onları aşağı atmaqla təhdid ediblər. Çünki 928 nəfərlik Londrina həbsxanasında 1200-dən çox məhkum yerləşdirilib.

  Daha az adamın olduğu həbsxanalara göndərilməyi tələb edən məhkumlar yataqları atəşə verərək həbsxanaya ziyan vurublar.

  Səlahiyyətlilərlə məhkumlar arasında girovların sərbəst buraxılması ilə bağlı edilən danışıqlar nəticəsiz qalıb.

  Qeyd edək ki, Parana ştatında bundan əvvəl də həbsxana üsyanları olub. Məsələn, keçən il – 2014-cü ildə Kaskavel (Cascavel) şəhərindəki həbsxanada qiyam qaldıran məhkumlar 5 adamı öldürüb, 2013-cü ildə isə Pedrinhas həbsxanasında çıxan üsyanda 60 məhkum həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr