İsveçrə qaçqınlara qapılarını bağladı

Ölkələrində yaşanan döyüşlərdən qaçan və sığınacaq axtaran qaçqın və köçkünlər üçün İsveçrədən maraqlı bir təklif gəlib.

373366
İsveçrə qaçqınlara qapılarını bağladı

  İsveçrə hökuməti və xalqı Avropada sığınacaq axtaran immiqrantlara qapılarını açmaq yerinə immiqrant böhranının yaşandığı ölkələrə pul yardımı etmək qərarına gəlib.

  Bern Universitetinin təşkil etdiyi anket sorğusunda iştirak edən mindən çox adamın 83,1 faizi bu fikri müdafiə edib.

  Sorğuda iştirak edənlərin 3-də 2-si qaçqınların ölkənin rifahına zərər verəcəyini düşündüyünü, təxminən yarısı isə sərhədlərin müvəqqəti olaraq bağlanılması fikrini söyləyib.

  İsveçrə hökuməti də öz növbəsində immiqrant böhranından təsirlənən Balkan ölkələrinə kömək edəcəyini, ancaq bunun maddi dəstək şəklində olacağını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr