Ermənistanda etiraz aksiyası keçirildi

Ermənistanda elektrik enerjisi qiymətlərinin artırılması etirazlara səbəb olub. Bununla əlaqədar paytaxt İrəvanda müddətsiz etiraz aksiyası keçirilib.

373024
Ermənistanda etiraz aksiyası keçirildi

Hökumətin, ötən aydan etibarən, elektrik qiymətlərini 0,16 % artırmaq qərarı xalqın böyük reaksiyasına səbəb olmuşdu.
Bundan sonra Ermənistan Prezidenti Serj Sarkisyan qiymət artımının dövlət tərəfindən dotasiya ediləcəyini açıqlamışdı.
Ancaq paytaxt İrəvanda küçəyə tökülən ermənilər bu vədin yerinə yetirilmədiyini bildirirlər.
Qiymət artımının geri alınmasının tələb olunduğu aksiyada polis müdaxilə edib, bir çox nümayişçi saxlanılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr