Almaniyada mitinq qadağası

Ötən həftə qaçqınlara qarşı etirazlarla gündəmə gələn Almaniyanın Drezden şəhəri yaxınlığındakı Heidenau (HAYDENAU) qəsəbəsində bazar ertəsi gününə qədər mitinqə çıxmaq qadağan edildi.

370995
Almaniyada mitinq qadağası

Qaçqınlara qarşı "xoş gəldin əyləncəsi”nə hazırlanan qəsəbədə, miqrant əleyhdarlarının da aksiya keçirmək istəməsi, mitinq qadağası qərarının qəbul olunması ilə nəticələndi.

Qadağaya səbəb kimi, təhlükəsizliyi təmin edəcək polis sayının az olması göstərildi.

Bəzi Alman siyasətçiləri isə bu qərarı demokratiyaya zidd olaraq dəyərləndirdilər.

Qadağa qərarına məhkəmədən də cavabı gəldi.

Məhkəmə polis sayının kifayət qədər olmamasının qadağa üçün etibarlı bir səbəb olmadığını açıqladı.

Digər bölgələrdən polis dəstəyi alına biləcəyini vurğulayan məhkəmə qadağanın açık "bir şəkildə qanunsuz" olduğuna qərar verdi.

Keçən həftə minə qədər nümayişçi qaçqınların bölgəyə gətirilməsinə etiraz etmək üçün toplanmış, qaçqınları daşıyan avtobuslara şüşə və daşlarla hücum etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr