İtalyanın cənubu selə təslim oldu

Rossano, Cosenza və Corigliano Calabro kimi yaşayış yerləri su altında qaldı

325752
İtalyanın cənubu selə təslim oldu

İtalyanın cənubu selə təslim oldu.

Ölkənin cənub-qərbindəki Kalabriya bölgəsində şiddətli yağan yağışlar seli özü ilə gətirdi.

Kalabriyanın Ion dənizinə yaxın olan Rossano, Cosenza və Corigliano Calabro kimi yaşayış

yerləri su altında qaldı.

Selin təsirli olduğu Rossanoda, əksəriyyəti düşərgə və otellərdəki turistlər olmaq üzrə, 800 nǝfǝr evakuasiya edildi.

 Cosenza valisi Gianfranco Tomao, sel fəlakətində bu ana qədər can itkisinin olmadığını açıqladı.
 Bölgədə 2 min istifadəçiyə elektrik verilmədi.
 Avtomobillǝr azğın sularda prospektlər boyunca süründü.

İtalyan mətbuatında əks olunan xəbərlərdə, bölgədə xilasetmə qruplarının ehtiyac sahiblərinə kömək etdiyi ,  daşqının gətirdiyi palçığın təmizlənməsində  ordu birliklərinin  rol oynadığı ifadə edildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr