Meksikada Ruben Espinosanın öldürülməsi etiraz edildi

Meksikada Meksiko City xaricində jurnalistlər təzyiq altındadılar

313232
Meksikada Ruben Espinosanın öldürülməsi  etiraz edildi


Meksikada  jurnalist Ruben Espinosanın öldürülməsi  həmkarları tərəfindən etiraz edildi

Paytaxt Meksiko Citydəki Aadlıq Meydanında toplanan yüzlərlə jurnalist Espinosanın qatillərinin tapılmasını və mediaya istiqamətli təzyiqlərin sona çatmasını tələb etdi.

Foto-müxbiri Ruben Espinos cümə günü  Mexico Citydəki bir evdə, birlikdə qaldığı dörd nǝfǝrlǝ birlikdə ölü tapılmışdı.

İstintaq jurnalistika xəbərləri ilǝ mǝşhur olan Espinos daha  vvəl təhdid  edildiyi Veracruz ǝyalətindən paytaxta daşınmışdı.

Meksika  Latın Amerika ölkələri arasında jurnalistlər üçün ən təhlükəli ölkə qəbul edilir.

Meksikada Meksiko City xaricində jurnalistlər təzyiq altındadılar.
Medianın şiddət hadisələrinin üzərinə getməsinǝ qarşı maneə törədilir. Şəbəkələr tərəfindən satın alınır vǝ ya təzyiqlərə boyun əyərək susmaq məcburiyyətində qalırlar.

İnsan Haqqları Milli Komissiyası Təşkilatına görə Meksikada 2010-cı ildən bu yana 97 jurnalist işi səbəbiylə öldürüldü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr