Nigerdə üzü tamamilə örtmək qadağan edildi

Nigerdə terrorla mübarizə daxilində ölkənin cənub-şərqində üzü tamamilə örtən niqab hicab geyiminə müvəqqəti olaraq qadağa qoyulub.

305257
Nigerdə üzü tamamilə örtmək qadağan edildi

  Diffa valisi Yakuba Sumana Gao dövlət radiosunda verdiyi müsahibədə ölkənin cənub-şərqində Boko Haram təşkilatına qarşı Çad və Kamerunla həyata keçirilən əməliyyatlar sona çatana qədər təhlükəsizlik tədbirlərinə görə üzü tamamilə örtən niqabın yasaq edildiyini bildirib.

  Qeyd edək ki, Konqo, Çad, Kamerun və Qvineya təhlükəsizlik səbəbiylə üzü tamamilə örtən niqabı qadağan etmişdi.

  Onu da qeyd edək ki, Boko Haram tez-tez Nigerin paytaxtı Niameyin şərqinə və Nigeriya sərhədindəki Diffa şəhərinə hücum edir. Təşkilatın son olaraq 12 iyulda Diffa həbsxanasına etdiyi basqında 1 gözətçi dünyasını dəyişmiş, 3 təcavüzkar öldürülmüşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr