Ebola geri döndü, liderlər görüşdü

Qərbi Afrika ölkələrini təsiri altına alan Ebola epidemiyasıyla mübarizə üçün afrikalı liderlər Ekvador Qvineyasında bir araya gəlib.

383205
Ebola geri döndü, liderlər görüşdü

  Paytaxt Malaboda təşkil edilən zirvə toplantısına ev sahibliyi edən Ekvador Qvineyası Xarici İşlər naziri Mba Mokuy epidemiya ilə mübarizədə və Afrika ölkələrində səhiyyə sisteminin gücləndirilməsində konkret qərarlar vermək zamanı olduğunu bildirib.

  Toplantıda epidemiyadan ən çox təsirlənən Qvineya, Liberiya, Sierra Leone, Ekvatorial Qvineya, Zimbabve, Burkina Faso, Komor Adaları dövlət başçıları ilə yanaşı, Afrika Birliyinə üzv olan bir çox ölkənin liderləri, maliyyə nazirləri, Beynəlxalq Səhiyyə Təşkilatı və əlaqədar bir çox qurumların nümayəndələri və ekspertlər iştirak ediblər.

  Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, Qərbi Afrika ölkələrindən Sierra Leone, Liberiya və Qvineyanı bürüyən Ebola epidemiyasından 18 ayda təxminən 11 min adam dünyasını dəyişib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr