"Təlim-təchiz proqramından istənilən nəticənin alınmadı"

Rəsmi Vaşinqton böyük ümidlərlə başladılan təlim-təchiz proqramından istənilən nəticənin alınmadığını bildirib.

336690
"Təlim-təchiz proqramından istənilən nəticənin alınmadı"

Türkiyə, İordaniya, Qətər və Səudiyyə Ərəbistanında hər il təxminən 5 min müxalifin hәrbi tәlim keçmәsini hədəfləyən təlim-təchiz proqramı gözlənilən nəticəni verməyib.
Qeyd edək ki, təlim keçənlərə həmçinin aylıq 400 dollara qədər maaş veriləcəyi vədi də verilib.
Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Ashton Carter DEAŞ-la mübarizə strategiyası mövzusunda keçirilən tədbirdə suriyalı müxaliflər üçün nəzərdə tutulan təlim-təchiz proqramında bu ana qədər yalnız 60 nəfərin təlimə cəlb olunduğunu bildirib. Təlimə cəlb olunan müxaliflərin sayının gözləniləndən az olduğunu bildirən Carter daha çox insanın layihəyə cəlb olunmasına nail olmaq üçün seçim prosesini asanlaşdırmağın yollarının axtarıldığını söyləyib.
Amerika Birləşmiş Ştatlarının rəhbərliyindəki koalisiya qüvvələrinin təlimə cəlb olunacaq müxalifləri seçərkən həddən çox tələbkar davranması isə bu rəqəmin istənilən nəticəni verməməsinin səbəblərindəndir. Respublikaçı Partiyasının senatorlarından John McCain Suriya müxaliflərinin təlimi proqramının Suriyada istənilən nəticə verməyəcəyini deyib. O, Əsəd rəhbərliyinə daha çox təzyiq göstərilməsinin lazım olduğunu söyləyib. Makkeyn programı "cılız bir layihə" adlandırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr