Terrorçu terrorçunu təhdid edir

DEAŞ terror təşkilatı Əfqanıstanda da aktivləşməyə başladıqdan sonra Taliban terror təşkilatı ona məktub göndərərək "Əfqanıstandan uzaq dur" əmrini verib.

306606
Terrorçu terrorçunu təhdid edir

  Taliban Siyasi Komitəsinin sədri Molla Aktar Mansur DEAŞ-ın başçısı Əbu Bəkir əl Bağdadiyə imzalı dörd səhifəlik məktub yazaraq Talibanın Əfqanıstandakı cihad fəaliyyətlərinə yalnız öz bayrağı altında icazə verəcəyini bildirib və deyib: "Din qardaşlığımızı da nəzərə alaraq çağırışımızı dinləməyinizi və Əfqanıstanın daxili işlərinə qarışmamağınızı istəyirik. Əks halda, cavab vermək məcburiyyətində qalacağıq".

  Xatırladaq ki, Əfqanıstanın müxtəlif bölgələrində düşərgələr quran DEAŞ-la talibançılar arasında şiddətli qarşıdurmalar yaranır və onlarla terrorçu döyüşlərdə ölür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr