İndoneziyada vulkan həyəcanı

Qırmızı həyəcan verildi

305945
İndoneziyada vulkan həyəcanı

İndoneziyada vulkan həyəcanı.Göydən kül yağır.

İndoneziyanın qərbindəki Sinabung vulkanın kül və qaz püskürtmesi səbəbiylə 1200 nǝfǝr yaxınındakı kəndlərdən  etibarlı bölgələrə evakuasiya edildi. Göydən kül yağır. İndoneziyadakı Sinabung vulkanının təkrar fəaliyyətə keçməsiylə partlama və aktivləşmə qeydə alınıb.

Sumatra adasının şimalında olan Sinabung vulkanının püskürtdüyü kül səbəbindən ətrafdakı məskunlaşma vahidlərində yaşayanlar hazırda maska və çətirdən istifadə edirlər 2 min 600 metr yüksəkliyindəki yanardağda partlamaların artması səbəbiylə bölgədəki həyəcan səviyyəsi ən yüksək səviyyə olan beşə çıxarıldı.

Sinabung vulkanının yeddi kilometri əhatə edən ətrafı də "təhlükə bölgəsi" elan edildi. Kəndlərdən azad edilənlərin sayı 8 minə çatdı.

Yanardağdan püskürən kül, 3 kilometr yüksəkliyə çatdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr