İraq ordusundan DEAŞ terrorçularına ağır zərbə

İraqın Ənbar, Səlahəddin və Ninova şəhərlərində DEAŞ-a qarşı təşkil edilən əməliyatlarda 35 terrorçu öldürülüb, 7-si də yaralanıb.

294580
İraq ordusundan DEAŞ terrorçularına ağır zərbə

Müdafiə nazirliyindən verilən açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələrinin Əmbar vilayətində həyata keçirdiyi avia zərbələr nəticəsində 8 terrorçu məhv edilib və evlərə yerləşdirilmiş bombalar zərərsizləşdirilib.
Səlahəddin əl-Mizra və əl-Maliha bölgələrində baş verən qarşıdurmalarda isə 25 terrorçu öldürülüb, 5-i də yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr