Qanadakı partlayış 150 insanın həyatını göyə sovurdu

Qananın paytaxtı Akrada maye yanacaq doldurma stansiyasında meydana gələn partlayışda 150 nəfər bir anın içində dünyasını dəyişib.

293497
Qanadakı partlayış 150 insanın həyatını göyə sovurdu

 Ölkədə 3 günlük yas elan edilib.

 Partlayışa stansiyanın yaxınlığındakı istirahət mərkəzində çıxan yanğın səbəb olub. Səlahiyyətlilər bildirib ki, hava şəraiti də yanğının böyüməsini və ətrafdakı binalara yayılmasını sürətləndirib. Ölənlərin çox olmasının səbəbi isə şiddətli yağışdan qaçan adamların benzin doldurma stansiyasına sığınması olub.

 Qana dövlətinin prezidenti Con (John) Mahama faciədən zərər çəkənlərə təxminən 12 milyon dollarlıq büdcə ayrıldığını söyləyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr