Qəzza Zolağının şimalında mərmi partlayıb

Hadisə nəticəsində 50 fələstinli yaralanıb.

275391
Qəzza Zolağının şimalında mərmi partlayıb

Qəzza Zolağının şimalında mərmi partlayıb. Hadisə nəticəsində 50 fələstinli yaralanıb.
Qəzza Zolağının şimalında, İsrailin keçən ilki hücumlarından qalan mərminin partlaması nəticəsində ən az 50 fələstinli yaralanıb.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, İsrail Qəzzaya təşkil etdiyi hücumlarda partlamamış müxtəlif bomba, raket və minaların da olduğu 5 ton hərbi sursatın zǝrǝrsiz hala salındığını açıqlamışdı.
İsrailin Qəzzada 7 iyul 2014-cü ildə başlatdığı 51 gün davam edən hücumlarında 2 mindən çox adam həyatını itirib, 11 mindən çoxu isə yaralanıb. Hücumlarda minlərlə ev, məscid və məktəb dağıdılıb.
İstifadə olunan partlayıcıların daha sonra partlaması nəticəsində də həyatını itirənlər olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr