Misirdǝ parlament seçkilǝri

Misirdǝ parlament seçkilǝrinin cari il keçirilǝcǝyi açıqlanıb.

255676
Misirdǝ parlament seçkilǝri

Misir prezidenti Әbdülfǝttah Sisi daha öncǝ üç dǝfǝ tǝxirǝ salınan parlament seçkilǝrinin cari ildǝ keçirilǝcǝyini açıqlayıb.
Bir İspaniya qǝzetinǝ müsahibǝ verǝn Sisi deyib ki, mart ayında keçirǝ bilmǝyǝn seçkilǝrin il başa çatmadan keçirilǝcǝyinǝ dair söz verirǝm.
Sisi çevriliş nǝticǝsindǝ vǝzifǝdǝn çıxarılan sabiq prezident Mǝhǝmmǝd Mursi haqqında verilǝn suala cavab vermǝkdǝn imtina edib.
Sisi Misirdǝ ǝhalinin istǝklǝrinǝ hörmǝtlǝ yanaşan bir rǝhbǝrlik olduğunu vǝ demokratiyaya hǝr zaman olduğundan daha yaxın olduqlarını da iddia edib.
Misir prezidenti avropalı liderlǝrǝ dǝ müraciǝt edǝrǝk deyib ki, Misirdǝ dǝmokratiyanın sona çatması Avropa üçün ağır bir vǝziyyǝtin yaranmasına gǝtirib çıxarar. Misir İraq, Suriya vǝ yaxud da Yǝmǝn deyildir.
Qeyd edǝk ki, Misir Konstitusiya mǝhkǝmǝsi mart ayında keçirilmǝsi planlaşdırılan seçki qǝrarını lǝğv etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr