Karadavi:"Türkiyǝ ǝleyhinǝ qǝrǝzli kampaniyalar keçirilir"

Dünya Müsǝlman Alimlǝr Birliyinin sǝdri Karadavi, 1915-ci il hadisǝlǝri ilǝ ǝlaqǝli olaraq Türkiyǝ ǝleyhindǝ keçirilǝn kampaniya vǝ yayımlanan açıqlamaları qınayıb.

253350

Karadavinin rǝsmi internet sǝhifǝsindǝ yer alan açıqlamada bildirilib ki, müsǝlman, inkişaf etmiş vǝ ǝdalǝtli bir ölkǝ olan Türkiyǝni beynǝlxalq mövzulardakı ǝxlaqi rolunu hǝdǝfǝ alan qǝrǝzli açıqlamalar qarşısında dǝstǝklǝyirik. Tarixi tǝhrif edǝrǝk 1915-ci il hadisǝlǝrindǝ ölǝn ermǝnilǝrin sayı böyüdülür, amma bunlarla birlikdǝ ölǝn müsǝlmanların sayı gözdǝn yayındırılır.
Açıqlamada ayrıca o da vurğulanıb ki, Türkiyǝ hadisǝlǝr barǝdǝ arxivlǝrin müstǝqil tarixşünas vǝ insaflı araşdırmaçılar tǝrǝfindǝn tǝdqiq edilmǝsini vǝ nǝticǝlǝrin ümum ictimaiyyǝtǝ açıqlanmasını istǝyir. Bu dǝvǝtin qǝbul edilmǝmǝsi iddiaların yalandan ibarǝt olduğunun ǝn böyük sübutudur.
Karadavi onu da qeyd edib ki, tarix Avropa ǝsgǝrlǝrinin Sǝlib Yürüşlǝri dövründǝ Qüds vǝ Dǝmǝşqdǝ hǝyata keçirdiyi qǝtliamları unutmayıb. Әndǝlüs müsǝlmanlarına qarşı hǝyata keçirilǝn qǝtliamlar da elǝcǝ.
“Dünya İsrail tǝrǝfindǝn müdafiǝsiz Fǝlǝstin xalqına edilǝnlǝrǝ şahidlik edir” ifadǝlǝri dǝ açıqlamada yer tutub.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr