Yǝmǝndǝ toqquşmalar davam edir

Sǝudiyǝ Әrǝbistanının başçılığındakı koalisiyanın husilǝrǝ qarşı başlatdığı ǝmǝliyyat 2 hǝftǝdir davam edir.

235777
Yǝmǝndǝ toqquşmalar davam edir

Sǝudiyǝ Әrǝbistanının başçılığındakı koalisiyanın husilǝrǝ qarşı başlatdığı ǝmǝliyyat 2 hǝftǝdir davam edir.
Әmǝliyyata qatılan Birlǝşmiş Körfǝz ölkǝlǝri vǝ İordaniya husilǝrǝ qarşı başladılan mübarizǝyǝ BMT Tǝhlükǝsizlik Şurasında qǝbul edilǝcǝk bir qǝtnamǝ layihǝsi ǝlavǝ etmǝyǝ cǝhd göstǝrir.
İordaniya tǝrǝfindǝn keçǝn hǝftǝ Şuraya tǝqdim edilǝn qǝtnamǝ layihǝsi bu gün sǝsvermǝyǝ qoyulacaq.
Layihǝdǝ husilǝrdǝn şǝrt irǝli sürmǝdǝn toqquşmalara son qoymaları, ǝlǝ keçirdiklǝri bölgǝlǝrdǝn çǝkilmǝlǝri, müsadirǝ etdiklǝri hǝrbi sursatı geri qaytarmaları, siyasi mǝhbusları vǝ uşaq yaşlı ǝsgǝrlǝri azadlığa buraxmaları istǝnib.
Bütün tǝrǝflǝrdǝn xarici ölkǝ vǝtǝndaşları, yardım vǝzifǝlilǝri vǝ diplomatların tǝxliyǝsinǝ imkan yaradılması, ayrıca humanitar yardımların çatdırılması üçün da toqquşmalara fasilǝ verilmǝsi tǝlǝb edilir.
Qǝtnamǝ layihǝsinin silah sanksiyası ilǝ bağlı hissǝsindǝ Yǝmǝnin sabiq prezidenti Әli Abdullah Salehin oğlu Әhmǝd Әli Saleh ilǝ Husi liderlǝrindǝn Әbdülmǝlik ǝl-Husiyǝ birbaşa vǝ yaxud da vasitǝli yollardan silah tǝmin edilmǝsi, satışı vǝ nǝqliyyatı qadağan edilib.
İordaniyanın növbǝti sǝdri olduğu Şurada keçirilǝcǝk sǝsvermǝdǝ veto sǝlahiyyǝti olan Rusiyanın mövqeyi qǝrarda istiqamǝtlǝndirici olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr