Ailələrə 50 min avro kompensasiya ödənəcəyi açıqlanıb

Lufthansa, Germanwings şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 50 min avro kompensasiya ödəyəcəyini açıqlayıb.

285139

Bu arada, Fransa, üç jandarma, bir məhkəmə polis rəisi və mülki aviasiya nümayəndəsindən ibarət heyəti, qəza ilǝ əlaqədar aparılan istintaq çərçivəsində Almaniyaya göndərib.
Fransalı heyət, Almaniya rəsmiləri ilə birlikdə istintaqı davam etdirəcək.
Almaniya prokurorları bildiriblər ki, Alp dağlarında qəzaya uğramış təyyarənin ikinci pilotu Andreas Lubitz əzab çəkdiyi xəstəliyin təfərrüatlarını şirkət rəhbərliyindən gizlədirmiş.
Lubitzin 2009-ci ildən 'ağır depressiya' səbəbindən psixoloji müalicə aldığı ortaya çıxıb.
Onun Düsseldorfdakı evində polis tərəfindən aparılan axtarışda, işlǝyǝ bilmǝyǝcǝyinǝ dair cırılmış halda tibbi şahadətnamə aşkarlanıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr