Haaqanın Mavi Mǝrmǝrǝ qǝrarına etiraz
Mavi Mǝrmǝrǝ hücumu zamanı hǝyatını itirǝnlǝrin yaxınları qǝrarın tǝmyizi üçün müraciǝt edib.
Beynǝlxalq Cinayǝt Mǝhkǝmǝsi Mavi Mǝrmǝrǝ hücumu zamanı hǝyatını itirǝnlǝrin yaxınlarına yerli mǝhkǝmǝyǝ müraciǝt etmǝlǝrini istǝyib. Onlar da qǝrarın tǝmyizi üçün müraciǝt edib.
İsrailin qanlı Mavi Mǝrmǝrǝ hücumu barǝdǝ Hollandiyanın Haaqa şǝhǝrindǝ Beynǝlxalq Cinayǝt Mǝhkǝmǝsinda qaldırılan iş keçǝn ilin noyabr ayının 6-da nǝticǝlǝnib. Mǝhkǝmǝ, hücum zamanı insanlıq günahı işlǝndiyini qǝbul edib. Ancaq ölü sayı az olduğundan hücumu “hǝrb günahı” ǝvǝzinǝ bu prosesin yerli mǝhkǝmǝlǝrdǝ davam etdirilmǝsinǝ dair qǝrar qǝbul edib.
Hücum zamanı hǝyatını itirǝnlǝrin ailǝlǝri bu qǝrara öz etirazlarını bildiriblər.
Türkiyǝdǝki mǝhkǝmǝnin martın 10-da Ağır Cinayǝtlǝr üzrǝ Mǝhkǝmǝdǝ nǝticǝlǝnǝcǝyi gözlǝnilir.
Qeyd edǝk ki, 2010-cu il mayın 31-dǝ Qǝzzaya yardım aparan Mavi Mǝrmǝrǝ gǝmisinǝ İsrail ǝsgǝrlǝrinin hücumu nǝticǝsindǝ 10 nǝfǝr hǝyatını itirib.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...