Yerindә yüzminlər insan, terroru lәnәtlәyib
Dünyanın hәr yerindә yüzminlər insan, terroru lәnәtlәyib.
Kanadadan İsrailə, Ramallahdan Berlinə qədər, bir çox ölkәdә təşkil edilən yürüşlәrdә Parisdəki hücumlar pislәnib. "Je suis Charlie (Jo SUİ Şarl) deyә şüarlar sәslәndirilib.
Fransada Parisdәn başqa, digər şəhərlərdə də minlərlə adamın iştirakı ilә aksiyalar keçirilib.
18 min nәfәrin iştirakı ilә Avropadakı ən böyük nümayişlərdən birinә sәhnә olan Berlindә, aksiyaçılar mәtbuat azaldığı üçün qәlәmlәri havaya tullayıblar. "Mən Charlieyam", "Mən Әhmedәm" deyә şuarlar sәslәndiriblәr.
20 min nәfәrin qatıldığı Brüsseldəki nümayişdә isә, aksiyaçılar ifadə azadlığını müdafiәdәn daşınmayacaqlarını qeyd ediblәr. Fransa milli himninin oxunduğu Madriddəki nümayişdә isә aksiyaçılar әllәrindә Fransa bayravğını daşıyıblar.
Londonda da Trafalqar Meydanında toplanan 2 min nәfәr, mətbuat azaldığını müdafiә edib. Şәhәrdәki məşhur binalar Fransız bayrağının rənglәrini tәşkil edәn mavi, ağ, qırmızıya boyanıb.
Vyana, Dublin, Stockholm, Roma, Milan, Beyrut və Montrealda də minlərlə adam küçələrə axışıb. Tokioda, Fransız Mədəniyyət Mərkəzi binasının qarşısında bir dəqiqəlik sükut elan edilib. Qüds və Ramallahda, nümayişçilər, Parisdəki hücumları lәnәtlәyiblәr.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...