Misirdǝ parlament seçkilǝrinǝ hazırlıqlar gedir

Misirdǝ Konstitusiya Mǝhkǝmǝsinin, 2012-ci il iyun ayının 14-dǝ parlamenti buraxmasının ardından ilk dǝfǝ parlament seçkilǝri keçirilǝcǝk.

178249
Misirdǝ parlament seçkilǝrinǝ hazırlıqlar gedir

Misirdǝ Konstitusiya Mǝhkǝmǝsinin, 2012-ci il iyun ayının 14-dǝ parlamenti buraxmasının ardından ilk dǝfǝ parlament seçkilǝri keçirilǝcǝk.
Mǝrkǝzi Seçki Komissiyası, mǝrhǝlǝli olaraq keçirilǝcǝk seçkilǝrin 21 mart vǝ 7 may tarixlǝri arasında baş tutacağını elan edib.
Seçkilǝr, prezident Әbdülfǝttah Sisinin 2013-cü il iyulun 3-dǝ hǝrbi çevrilişin ardından açıqladığı yol xǝritǝsinin üçüncü vǝ son mǝrhǝlǝsini tǝşkil edir.
Çoxlu sayda pensiyaçı komandir vǝ milli kǝşfiyyatçının seçkilǝrdǝ namizǝd olmaq mǝqsǝdi ilǝ fǝaliyyǝtlǝrǝ başladığı bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr