Mursiyə hökm oxunması aprelin 21-nə təyin edilib

Misirin sabiq prezidenti Məhəmməd Mursiyə hökm oxunması aprelin 21-nə təyin edilib.

177771
Mursiyə hökm oxunması aprelin 21-nə təyin edilib

Qahirə Cinayət Məhkəməsi paytaxtdakı “əl-İttihadiyyə” sarayı ətrafında baş verən faciəvi hadisələrlə bağlı əsas müttəhim olan Misirin sabiq prezidenti Məhəmməd Mursiyə hökm oxunmasını aprelin 21-nə təyin edib.
Verilǝn açıqlamaya ǝsasǝn, Mursi ilə yanaşı, Misirdə qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının 14 lideri də müttəhimlər sırasındadır.
Qeyd edǝk ki, “Əl-İttihadiyyə” işi üzrə məhkəmə prosesi 2013-cü il noyabrın 4-də başlayıb və 2012-ci il dekabrın 5-də baş vermiş hadisələri əhatə edir. Mursinin prezident olduğu həmin vaxtda şəriət yönlü Konstitusiya referendumuna qarşı çıxan müxalifətçilər prezident sarayı qarşısında toplaşıb, prezidentin silahlı tərəfdarları isə onlara hücum edib. Rəsmi məlumatlara görə, həmin hadisələr zamanı 10 nəfər həlak olub, 700 nəfər yaralanıb.
Ötən ilin sentyabrında sabiq prezident və “Müsəlman qardaşları”nın digər liderlərinə qarşı Qətərə casusluq ittihamı da irəli sürülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr