Hindistanda qasırğa: 24 ölü

Hindistanın şərq sahilində "Hüdhüd" qasırğası həyatı iflic edib.

156568
Hindistanda qasırğa: 24 ölü

Hindistanın şərq sahilində "Hudhud" qasırğası həyatı iflic edib. Səlahiyyətlilər iki gündür liman şəhəri olan Visaxapatnamı cənginə alan qasırğa səbəbindən Andra Pradeş əyalətində 21, Orissada isə 3 nəfərin həyatını itirdiyini açıqlayıb.
Andra Pradeş əyalətində təxminən 6 min 500 ev qasırğadan zərər görüb, minlərlə insan daha təhlükəsiz bölgələrə evakuasiya edilib. Qasırğanın yol açdığı dağıntıların həcminin böyük olduğu, digər ərazilərlə əlaqələrin kəsildiyi və davam edən mənfi hava şəraiti səbəbi ilə xilasetmə işlərinin çətinləşdiyi bildirilir. Ordu tərəfindən təyyarə və helikopterlər vasitəsilə Visaxapatnam və ətraf bölgələrə yardım bağlamaları paylanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr