21 fələstinlini nəzarət altına alınıb

İsrail əsgərləri İordan çayının Qərb sahilində 21 fələstinlini nəzarət altına alıb.

145831
21 fələstinlini nəzarət altına alınıb

İsrail əsgərləri İordan çayının Qərb sahilində 21 fələstinlini nəzarət altına alıb.
İsrail radiosunun orduya istinadən verdiyi xəbərə görə Döl, Nablus, Selfit, Beyt Lahim və Əl-Xəlil şəhərlərində "İsrail hədəflərinə yönəlmiş hücumlara qatılması" səbəbiylə 21 adam gecə saatlarında nəzarətə alınıb. Nəzarətə alınanlar istintaq üçün müvafiq qurumlara sövq ediləcək. Fələstin orqanları isə hadisə ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, İsrail ordusu və polisi İordan çayının Qərb sahillərinə tez-tez basqınlar təşkil edərək "hadisələrə qarışdıqları" iddiası ilə fələstinliləri həbs edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr