Ortaq mübarizəyə çağırış

Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyinə dair Zirvə Toplantısında dünya liderləri qlobal istiləşməyə qarşı ortaq mübarizəyə çağırış ediblər.

136154
Ortaq mübarizəyə çağırış

Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyinə dair Zirvə Toplantısında dünya liderləri qlobal istiləşməyə qarşı ortaq mübarizəyə çağırış ediblər.
ABŞ prezidenti Barak Obama zirvə toplantısında çıxış edərək qlobal istiləşməni dünyanın ən ciddi təhlükələrindən biri adlandırıb. Heç bir ölkənin bu problemlə təkbaşına mübarizə apara bilməyəcəyini deyən Birləşmiş Ştatların rəhbəri gələn il Parisdə qlobal istiləşməyə dair razılaşma imzalanmasının vacibliyini vurgulayıb.
Obama, ölkəsinin havaya buraxılan karbon tərkibli qazların 2020-ci ilə qədər 17 faizə endirəcəyini açıqlayıb.
BMT-nin baş katibi Pan Gi Mun da qlobal istiləşməni dövrümüzün ən aktual problemi olduğunu qeyd edərək bildirib ki, “bu gün bu problemin həllinə dair müzakirələr gələcəyimizi bəlli edəcək”.
Zirvə toplantısında Avropa Birliyi 2030-cu ilə qədər atmosferə buraxılan karbon qazlarının miqdarının 40 faizə endirilməsinə söz verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr