İsrail qətliamlara davam edir

Bu gün Qəzzada 72 saatlıq atəşkəs başa çatıb.

83729
İsrail qətliamlara davam edir

Bu gün Qəzzada 72 saatlıq atəşkəs başa çatıb.
İsrail qətliamlara davam edir. Son bombardmanda 10 yaşlı fələstinli uşaq dünyasını dəyişib, 6 nəfər isə yaralanıb. Misirdə daimi atəşkəsin təmin edilməsi üçün aparılan danışıqlar nəticə verməyib. İsrail tərəfi ölkə ərazisinin raket atəşinə tutulduğunu bildirərək, Qəzzaya bomba yağdırmağa başlayıb. Atəşkəsin bitməsinin cavabdehliyini Həmasda görən İsrail, raket hücumları davam etdikcə, fələstinlilərlə atəşkəsi müzakirə etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, İsrailin 1 aydır davam etdirdiyi Qəzza qətliaminda ümumilikdə dinc sakin olmaqla 1900-dən çox fələstinli həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr