Pan Ki Mundan İsrailə etiraz

BMT-nin baş katibi Pan Ki Mun Qəzzada İsrailin onlarla fələstinlini öldürməsini qınayaraq dərhal atəşkəsin təmin edilməsi ilə bağlı çağırış edib.

65746
Pan Ki Mundan İsrailə etiraz

BMT-nin baş katibi Pan Ki Mun Qəzzada İsrailin onlarla fələstinlini öldürməsini qınayaraq dərhal atəşkəsin təmin edilməsi ilə bağlı çağırış edib. Yaxın Şərqə səfərini Qatardan başlayan BMT-nin baş katibi hücumları zalımca olaraq xarakterizə edib. Qatarın paytaxtı Dohada Qatar Əmri Şeyx Tamim bin Hamad və Fələstinin Dövlət Başçısı Mahmud Abbas ilə görüşən Ban Ki Mun İsraili itayətə dəvət edərək hər kəsin beynəlxalq humanitar hüquq normalarına hörmət göstərməsini istəyib. Qatar xarici işlər naziri Xalid əl Atiyyə də İsrailin hücumlarını qırğın olaraq xarakterizə edərək "nə vaxt hücum, nə vaxt duracağıq" məsələsinin bu ölkənin istəyinə buraxılmamasını vacib sayıb. Bu arada Amerika Birləşmiş Ştatlarının Qatardan atəşkəs üçün Həmasın üzərindəki nüfuzundan istifadə etmək istədiyi, lakin İsrailin Qatarın vasitəçiliyinə soyuq yanaşdığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr