Tino Brandt ifadə verib

Sosialist Yeraltı terror təşkilatı ilə bağlı məhkəmə prosesində keçmiş kəşfiyyatçı Tino Brandt ifadə verib.

132562
Tino Brandt ifadə verib

Almaniyada 8-i Türk olmaqla 10 nəfəri öldürməkdə ittiham olunan irqçi Nasyonal Sosialist Yeraltı terror təşkilatı ilə bağlı dünən keçirilən 128-ci məhkəmə prosesində keçmiş kəşfiyyatçı Tino Brandt ifadə verib. O, Nasyonal Sosialist Yeraltı terror təşkilatı üzvülərinin 1999-cu ildə Cənubi Afrikaya qaçmağı planlaşdırdığını deyib. Qeyd edək ki, bir müddət Daxili kəşfiyyat təşkilatında çalışan Tino Brandt Alman kəşfiyyat təşkilatının Nasyonal Sosialist Yeraltı terror təşkilatına pul verdiyini də söyləyib. Bu arada əsas müttəhim olan Beat Cepe vəkillərinə inanmadığını söyləyib. Prokurorluq Beat Cepeni terror təşkilatı qurmaq və cinayətləri şəxsən təşkil etməkdə günahlandırır

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr