Şahidlǝrin dinlǝnmǝ prosesi davam edir

Almanyada 8-i Türk 10 nǝfǝri öldürmǝkdǝ ittiham edilǝn irqçi Nasional Sosialist Yeraltı (NSU) terror tǝşkilatı üzvlǝrinin istintaq edildiyi mǝhkǝmǝdǝ şahidlǝrin dinlǝnmǝ prosesi davam edir.

125659
Şahidlǝrin dinlǝnmǝ prosesi davam edir

Almanyada 2000-2007-ci illǝr arasında 8-i Türk 10 nǝfǝri öldürmǝkdǝ ittiham edilǝn irqçi Nasional Sosialist Yeraltı (NSU) terror tǝşkilatı üzvlǝrinin istintaq edildiyi mǝhkǝmǝdǝ şahidlǝrin dinlǝnmǝ prosesi davam edir.
Münhen Ali Əyalǝt Mǝhkǝmǝsindǝ davam edǝn prosesi Almaniya Federal Mǝclis sǝdrinin müavini Claudia Roth da izlǝyib.
Roth, TRT-yǝ verdiyi açıqlamada, Yeraltı Terror Tǝşkilatının mǝsullarının haqq etdiklǝri cǝzanı almalarının vacibliyini dilǝ gǝtirib.
"Artıq hǝr şeyin işıqlandırılması vǝ aşkara çıxması lazımdır" deyǝn Roth bildirib ki, ictimaiyyǝtdǝ vahidliyin olması üçün isǝ mühacirlǝrin artıq Almaniyanı vǝtǝn kimi qǝbul etmǝsinin vacib olduğunu fikirlǝşirǝm.
Şahidlǝrin dinlǝndiyi mǝhkǝmǝ prosesindǝ isǝ terror tǝşkilatı vǝ ifrat sağcılara yaxınlığı ilǝ tanınmış Thomas G-nin ifadǝsinǝ müraciǝt edilib, ancaq şahid bir çox mövzuda mǝlumat vermǝkdǝn imtina edib.
Baş hakim Manfred Götzl, şahidǝ bu rǝftarına görǝ inzibati cǝza verilmǝsini istǝyib vǝ mǝsǝlǝ haqqında Federal Baş prokurorluğa mǝlumat verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr