Konstitusiya dəyişikliyi rәdd edilib

Şimali Kıbrıs Türk Respublikasında, referanduma çıxarılan Konstitusiya dəyişikliyi rәdd edilib.

111628
Konstitusiya dəyişikliyi rәdd edilib

Şimali Kıbrıs Türk Respublikasında seçicilәr, referanduma çıxarılan Konstitusiya dəyişikliyini rәdd ediblәr.
Şimali Kıbrıs Türk Respublikasında yerli seçkilər və referanduma çıxarılan Konstitusiya dəyişikliyi üçün ötәn gün 681 seçki mәntәqәsindә sәs verilib.
Konstitusiya dəyişikliyi ilә bağlı Referendumda seçicilәrin 37,64 faizi diyişikliyi qәbul edәrkәn, rәdd edәnlәrirn nisbәti 62,36 faiz olub.
Məclisdə təmsil olunan 4 partiyanın dəstəyi ilə referanduma çıxarılan konstitusiya değişikliğinin xalq tərəfindən qəbul edilməməsi qarışıqlığa səbəb olub.
Şimali Kıbrıs Türk cümhuriyyәti baş naziri Özkan Yorgancıoğlu, Konstitusiya dəyişikliyini xalqa kifayət qədər şәrh edә bilmәdiklәrini və "müsbәt " sәs verәn bəzi millət vəkillərinin daha sonra seçiciləri bunun әleyhinә sәs vermәyә istiqamәtlәndirdiklәrini deyib.
28 Bələdiyyə sәdrini seçmәk üçün keçirilәn seçkilərdə isə, yeni bələdiyyə başçıları müəyyən olub.
İqtidar partiyası olan Respublikaçı Türk Partiyası, Paytaxt Nikosiya başda olmaqla, Gazimağusa və Girne kimi əhəmiyyətli mәrkәzlәrdә uğurlu ola bilmәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr