Jean Claude Juncker tövsiyə edilib

Avropa Birliyi liderləri Barrosodan sonra Avropa Komissiyası rəhbərliyinə Jan Kılod Yunkerin Avropa Parlamentinə tövsiyə edilməsinə qərar verdilər.

109743
Jean Claude Juncker  tövsiyə edilib

Brüsseldəki zirvə toplantısında bir araya gələn Avropa Birliyi liderləri Joze Manuel Barrosodan sonra Avropa Komissiyası rəhbərliyinə Jan Kılod Yunkerin Avropa Parlamentinə tövsiyə edilməsinə qərar verdilər.
Səs vermədə 26 ölkə Jan Kılod Yunkeri dəstəklədiyi halda İngiltərə və Macarıstan onun əleyhinə səs veriblər.
İngiltərə Baş naziri David Cameron Yunker seçiləcəyi tədqirdə ölkəsinin Avropa Birliyindən çıxması fikrini referenduma çıxaracağını bildirib.
Yunkerinisə 751 parlamentaridən təsdiq ala bilməsi üçün ən az 376 parlamentarinin dəstəyini alması lazımdır.
Digər tərəfdən isə Avropa Birliyi liderləri Rusiyaya 30 İyuna qədər vaxt verib.
Rusiyadan atəşkəs və üç sərhəd nəzarət məntəqəsinin Ukraynaya geri verilməsi tələb edilib. Moskvadan ayrıca bütün girovları sərbəst buraxması və Ukraynanın hazırladığı sülh planının həyata keçirilməsi üçün köklü müzakirələrə başlaması da istənilib. Əks halda sanksiyaların bir daha işǝ salınacağı qeyd olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr