İŞİD İraqda irəliləyişi davam etdirir

İraq ordusu və Bəşər Əsəd qüvvələri İŞİD-a qarşı əməliyyatları davam etdirir.

103046
İŞİD İraqda irəliləyişi davam etdirir

 

İŞİD İraqda irəliləyişi davam etdirir.
İraq ordusu və Bəşər Əsəd qüvvələri İŞİD-a qarşı əməliyyatları davam etdirir. Suriyada Əsəd birliklərinin tank və havadan dəstək verən döyüş təyyarələri ilə Lazakiyanın Bayırbucaq Türkmən bölgəsinə hücum edtiyi bildirilir. Lakin İŞİD təhdidinin xüsusilə Suriyaya doğru artaraq irəliləməsi bölgədə narahatlıq yaradır. İraqlı səlahiyyətlilər İŞİD-ın Anbar bölgəsində Rutba qəsəbəsini də ələ keçirdiyini açıqlayıb. Beləcə İraqın Suriya sərhədinə yaxın hissəsi, sərhəd keçid nöqtəsi da daxil olmaqla İŞİD-ın əlinə keçib. İŞİD, Suriyanın İraq sərhədinə yaxın neft və taxıl bölgəsi olan Deyər al Zorun 70 fazini ələ keçirib. İŞİD terroru, neft bazarlarına da təsir edib . Belə ki, ötən cümə günü İŞİD, ölkənin ən böyük neft ayırma zavoduna 3 dəfə hücum edib. Lakin hücumun qarşısı alınıb. İraq hava qüvvələrinə məxsus vertolyot və döyüş təyyarələri Bağdadın 250 kilometr şimalındakı Beyci neft ayırma zavodu üzərində patrul uçuşlara başlayıb. Gündəlik istehsal gücü 320 min barrel olan zavoda hücum olunarsa neft ixracatı iflasa uğrayar və bu da neftin qiymətinə təsir göstərər. İraqdakı xaosdan ən çox təsirlənənlər isə türkmənlər, iraq ordusu, Əsəd birlikləri və İŞİD arasında qalan Türkmənlərin mübarizəsi davam edir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr