Nigeriyada bazara bombalı hücum

Cos şәhәrindә hәyata keçirilәn hücumda onlarla insan hәyatını itirib.

70210
Nigeriyada bazara bombalı hücum

Nigeriyanın Cos şəhərində bazarlardan birində içərisinə bomba yerləşdirilmiş 2 avtomobilin partladılması nəticəsində 118 nəfər ölüb, 45-i yaralanıb. Ölənlərin sayının artacağı bildirilir. Bu arada, Nigeriya hökuməti BMT Təhlükəsizlik Şurasına müraciət edərək 200-dən çox məktəbli qızı oğurlayan Boko Haram qruplaşmasının da Əl-Qaidəyə qarşı tətbiq olunan silah embarqosu və bank hesablarının dondurulmasını nəzərdə tutan BMT Təhlükəsizlik Komitəsinin siyahısına salınmasını istəyib. Təhlükəsizlik Şurasının üzvlərindən heç biri etiraz etməzsə, Boka Haram qruplaşmasının sabah siyahıya salınacağı, beləliklə də təşkilata silah satışının qadağan ediləcəyi, qruplaşmanın rəhbərlərinin bank hesablarının dondurulacağı və xarici ölkələrə səfərlərinin qadağan olunacağı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr