Mәhkәmә prosesi davam edir

Almaniyada 8-i Türk 10 nәfәrin öldürülmәsi ilә bağlı mәhkәmә prosesi davam edir.

70309
Mәhkәmә prosesi davam edir

Almaniyada 2000-2007-ci illәr arasında 8-i Türk 10 nәfәri öldürmәkdә günahlandırılan irqçi Nasional Sosialist Yeraltı terror tәşkilatı üzvlәrinin mühakimә edildiyi mәhkәmәdә şahidlәrin dindirilmә prosesi davam edir.
Mәhkәmә Almaniya mәtbuatında әsrin mәhkәmәsi kimi dәyәrlәndirilir, ancaq mәhkәmə prosesindә hәlә dә irәlilәyiş olmayıb.
Ölənlərin yaxınlarının vәkillәri dә mәhkәmә prosesi haqqında tәfәrruatlı mәlumat әldә etmәk istәsə də, Federal Baş prokurorluq buna mane olur.
Ölənlərin yaxınları da mәhkәmәdәn ümidsiz olduqlarını bildirirlәr.
500 sәhifәdәn ibarәt iddianamәdә terror tәşkilatı qurmaq, şәxsәn adam öldürmәk vә bombalı hücumlar hәyata keçirmәkdә günahlandırılan Beate Zschaepe isә mәhkәmәdә danışmır.
Şahidlәrin ifadә vermәsinin uzun müddәt davam etmәsi sәbәbindәn mәhkәmә prosesinin dә uzun çәkәcәyi güman edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr