Nigeriyada oğurlanan məktəbli qızlar

Nigeriyanın Borno əyalətinin hökumət nümayəndələri Boko Haram silahlıları tərəfindən oğurlanan məktəbli qızların ailələrinə qruplaşmanın yaydığı videonu göstərərək şagirdlərin onların övladı olub-olmadığını müəyyənləşdirəcəklərini bildiriblər.

66883

Qeyd edək ki, yerli Daily Trust qəzetinin əldə etdiyi 17 dəqiqəlik görüntülərdə qruplaşmanın lideri Əbubəkir Şekau qızların həbsxanadakı silahlıların sərbəst buraxılacağı təqdirdə azad olunacağını bildirib.

Xatırladaq ki, Boko Haram qruplaşması Borno əyalətində 200-dən çox məktəbli qızı ötən ay oğurlayıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr